![](https://azedu.az/uploads/news/2024/04/azedu.az_11518_a6d22c29f1547cc4e3f3a4864520755d_181.jpg)
UNEC-in professorları, iqtisad elmləri doktorları Əlican Babayev və Kamil Şaxbazov Rusiyanın Sankt-Peterburq şəhərində S.V.Vitte adına Yeni Sənaye İnkişafı İnstitutu, Rusiya Azad İqtisadi Cəmiyyəti, Beynəlxalq İqtisadçılar İttifaqı tərəfindən təşkil olunmuş “Dünya iqtisadiyyatında perspektiv inteqrasiya prosesləri: yeni yanaşma” mövzusundə IX Sankt-Peterburq Beynəlxalq İqtisadi Konqresində iştirak ediblər.
AzEdu.az xəbər verir ki, konqres qlobal sosial-iqtisadi və geosiyasi transformasiyalar, inteqrasiya praktikası və trendləri, Böyük Avrasiya tərəfdaşlığı və BRİKS, milli təhlükəsizlik, texnoloji suverenlik və elmi liderlik, yeni elmi-texniki inqilab, noonomika, nootransformasiya, istehsal, elm və təhsillə bağlı problemlərin elmi müzakirəsinə həsr olunub.
Konqresin “İnteqrasiya praktikası və trendləri: müasir dünyada inteqrasiya birlikləri və yeni inteqrasiyasının genezisi” bölməsinə moderatorluq edən prof. Əlican Babayev “Dünyada inteqrasiya proseslerinin inkişafında yeni meyillər və Azərbaycan iqtisadiyyatının perspektivləri”, prof. Kamil Şaxbazov isə “İstehsal, elm və təhsil: inteqrasiyanın konturları” bölməsində “Kommersiya banklarında kadrların idarə edilməsi prosesində suni intellekt” adlı məruzələrlə çıxış ediblər.
Konqres barədə ətraflı: https://inir.ru/spec-2024/
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)