Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-29 16:41:00
Müəllimlər 65 yaşda təqaüdə getmək istəmirlər

Bu gün 65 yaşında heç bir müəllim, həkim təqaüdə getmək istəmir.

 

AzEdu.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib.

 

"Onlar xahiş edirlər ki, müddət uzadılsın. Neft şirkətində isə 65 yaşında təqaüdə göndərilən ağlaya-ağlaya gedir. Nazirlər Kabinetinin müəyyənləşdirdiyi 300-dən artıq sahəsi var ki, o sahələrdə çalışanlar erkən pensiyaya çıxa bilərlər. Bildirim ki, AMEA-da, dövlət qulluğunda çalışanlar 65 yaşda təqaüdə getmək istəmir. 65 yaşında kişi gedib bina tikə bilməz, daş qaldıra bilməz”, - deputat bildirib.