Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-11 14:43:00
Şagirdlər üçün təhlükə! - “Onları öz xoşumuzla zəhərləyirik”

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında deputat Naqif Həmzəyev şagirdlərin istifadə etməsi üçün nəzərdə tutulan su qablarının bir müddət sonra iyləndiyini və həmin qablarda göbələklər yarandığını söylədi.

 

 

AzEdu.az-a açıqlama verən qida məsələləri üzrə baş mütəxəssis Ağa Salamov bildirib ki, mənşəyi bəlli olmayan tullantılardan hazırlanan su qabları şagirdləri kütləvi olaraq zəhərləyir:

 

 Açıklama yok.

“Bu problemlə bağlı dəfələrlə müzakirələr aparılıb. Qida mütəxəssisləri olaraq çağırış edirik ki, plastik qabların istehsalı ilə bağlı məhdudiyyət qoyulsun. Həmin qabların plastik tərkibində Bisfenol - A adlı toksiki maddələr mövcuddur. Onlar günəş şüaları ilə reaksiya girdikdə suyu zəhərləyir. Bundan əlavə, plastik qablar neft tullantılarından əldə olunur. Zəhərlənmələrin səbəbi də, elə budur. Niyə görə uşaqlarımızı mənşəyi bəlli olmayan neft tullantılarından hazırlanan plastiklə zəhərləməliyik? Düşünürəm ki, bununla bağlı müvafiq tədbirlərin görülməsi bir qədər gecikib. Əgər problemin aradan qaldırılması ilə bağlı hər hansı bir tədbir görülməsə, övladlarımızı öz xoşumuzla zəhərləməyə davam edəcəyik”.  

 

Mütəxəssis həmin plastik qablardan istifadə edən uşaqlarda yarana biləcək xəstəlikləri diqqətə çatdırıb:

 

“Bisfenol - A maddəsi şagirdlərdə Alzheimer,  ürək-damar problemləri, mədə-bağırsaq xəstəlikləri və s. yaradır. Düşünürəm ki, bütün sular şüşə su qablarında olmalıdır. Lakin bu da sağlamlıq üçün tam əlverişli sayılmır. Suyu düzgün mühitdə saxlamaq lazımdır. Belə ki, içəcəyimiz suyu günəş şüalarından uzaq, sərin temperaturda saxlamaq tövsiyə olunur”.