Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-22 16:15:00
Qarabağ Universiteti sıradan bir təhsil ocağı olmayacaq

Bu ildən etibarən Xankəndidə şəhərində yerləşən Qarabağ Universiteti fəaliyyətə başlayacaq. Qeyd olunur ki, universitetdə tədris 20 ixtisas üzrə aparılacaq.

 

Bəs, görəsən, Qarabağ Universitetdə maddi-texniki baza, hazırlıq işləri nə yerdədir?

 

Məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən millət vəkili Musa Qasımlı qeyd edib ki, Qarabağ Universiteti Azərbaycan ali təhsilində yeni bir addım olacağı üçün müasir və gələcəyə hesablanmış ixtisasların burada açılması zəruridir:

 

“Çünki hər şey bu universitetin necə qurulucağından, idarə olunacağından, yüksək ixtisaslı kadrların hazırlanacağından asılı olacaq. Bu universitet fəaliyyətə başladığı vaxtdan artıq dünyanın qabaqcıl təhsil müəssisələri onunla maraqlanacaqdır.

 

Ona görə də mən bu ali məktəbə sıradan bir təhsil ocağı kimi baxmıram. Fikrimcə Qarabağ Universiteti tədqiqat universiteti olmaq məqsədi ilə qurulmalı və tamamilə yeni əsasda, təməldə formalaşdırılmalıdır. Təbidir ki, burada yeni ixtisaslar da ola bilər”, - deyə fikrini yekunlaşdırıb.