Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-24 17:42:00
“Firidun bəy Köçərli” mükafatı Firudin Qurbanova təqdim edildi - FOTO

Ötən gün Elm və Təhsil Nazirinin müavini Firudin Qurbanova “Firudin bəy Köçərli” mükafatı təqdim edilib.



AzEdu.az Təhsil Portalının təsis etdiyi bu mükafata Nazir müavini "Dövlət Təhsil Siyasətinin həyata keçirilməsində xidmətlərinə görə" layiq görülüb.

 

Ümumən bu mükafatın əsas məqsədi təhsilin inkişafında xidmətləri olan şəxsləri diqqət mərkəzində saxlamaq, onların fəaliyyət və uğurlarını geniş ictimaiyyətə çatdırmaqdır.



Mükafat AzEdu.az Təhsil Portalının təsisçisi, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı tərəfindən təqdim edilib.


Qeyd edək ki,"Firidun bəy Köçərli" adına mükafata Elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Məclisin deputatı Fazil Mustafa, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, REAL Təhlil İnformasiya Mərkəzinin baş direktoru Mirşahin Ağayev, Şəhid anası, Zaqatala rayonu Aşağı Tala 3 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Südabə Qazıyeva, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev, Professor Zahid Məmmədov, Təhsil eksperti Elçin Əfəndiyev, Bakı şəhəri M.Mehdiyev adına 280 nömrəli tam orta məktəbin direktoru Nəsimi Quliyev, Cəlilabad rayonu Göytəpə şəhər 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Samirə Əmrahova layiq görülüb.