Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-25 14:52:57
Uşaq müəssisələrində nöqsanlar aşkarlanıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan edilmiş “Uşaq Hüquqları Aylığı” çərçivəsində dövlət uşaq müəssisələrində Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) ixtisasca psixoloq və sosial işçi üzvlərinin iştirakı ilə növbəti monitorinqlər keçirilib.

 

Ombudsman Aparatından AzEdu.az-a verilən xəbərə görə, sağlamlıq imkanları məhdud uşaqlar üçün 4 nömrəli internat tipli xüsusi məktəbdə aparılmış monitorinq zamanı 1-3-cü siniflər istisna olmaqla, digər siniflərdə təhsil alan şagirdlər üçün dərsliklər, iş dəftərləri və metodiki vəsaitlərin təminatında çatışmazlıqlar aşkar olunub.

 

 
Saxlanma şəraitinin və rəftarın öyrənilməsi məqsədilə hər iki müəssisədə uşaqlarla konfidensial qaydada görüş keçirilib, onlara Ombudsmanın mandatı və uşaq hüquqları ilə bağlı geniş məlumat verilib, hüquqi maarifləndirmə işi aparılıb. Uşaqlara Ombudsman təsisatının maarifləndirici materialları, o cümlədən uşaq hüquqları ilə bağlı broşürlər paylanılıb.
 


Sonda müəssisə rəhbərliyi və əməkdaşlarla söhbət aparılıb, saxlanma şəraitinin yaxşılaşdırılması və uşaq hüquqlarının effektiv təmini məqsədilə tövsiyələr verilib.