Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-22 13:12:55
Bu uşaqlar I sinfə avtomatik qəbul olunacaq

2024-2025-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu 1 may tarixindən etibarən başlayır.

 

Maraqlıdır məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqların I sinfə qəbulu hansı qaydada həyata keçirilir?

 

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, Azərbaycan bölməsi üzrə məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqlar üçün həmin bölmə üzrə hazırda təhsil aldığı ümumi təhsil müəssisəsi və müəllim seçilməklə sistem tərəfindən birinci sinfə avtomatik sorğu yerləşdiriləcək.

 

"Tədris digər dillərdə aparılan məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqların valideynləri (qanuni nümayəndə) isə may ayının 03-dən etibarən şəxsi kabinetinə daxil olmalı, müsahibə mərkəzini seçərək övladının müsahibəyə yazılmasını təmin etməlidir. Sonra isə müsahibə nəticəsi məqbul hesab edilən uşaqlar üçün sistem tərəfindən həmin bölmə üzrə birinci sinfə avtomatik sorğu yerləşdiriləcək",- deyə agentlikdən bildirilib.