Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-30 12:10:00
“Bu il magistraturaya qəbulda güclü rəqabət olacaq”

Ötən gün aprelin 28-də Dövlət İmtahan Mərkəzi tərəfindən (DİM) ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (II cəhd) keçirilib. İmtahanda iştirak etmək üçün 19716 bakalavr ərizə təqdim edib.

 

Keçirilən imtahandan sonra bakalavrlar 1-ci imtahanla müqayisədə bu imtahanın çətin olduğunu vurğulayırlar.

 

Bəs, görəsən, bu çətinlik keçid ballarına təsir edəcəkmi?

 

Məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elçin (Əfəndi) Əfəndiyevin sözlərinə görə 1-ci cəhdlə 2-ci cəhd imtahanı müqayisə etsək, 1-ci imtahanın daha uğurlu olduğu qənaətinə gəlmək olar:

 

“Ümumilikdə qeyd edim ki, magistratura pilləsində bu il rekord bir müraciət qeydə alınıb. 25 mindən çox namizəd müvafiq olaraq müsabiqədə iştirak edib. Bu namizədlərin içərisində 19 min nəfərdən çoxu ötən gün 2-ci cəhd imtahanında iştirak ediblər. Fevralda keçirilən 1-ci cəhd imtahanı ilə ötən gün keçirilən imtahan arasında müqayisə aparsaq, 1-ci cəhd imtahanın daha uğurlu olduğu qənaətinə gəlmək olar.

 

Hər iki magistraturaya qəbul imtahanına əsasən demək olar ki, nəticələr yüksəkdir. Baxmayaraq ki, bu ildən esse müsabiqəsi tətbiq olundu, ancaq bu ballara o qədər də çox təsir etməyib. Bu isə öz növbəsində onu deməyə əsas verir ki, 2-ci cəhddə məntiq fənninin suallarının çətinliyi müəyyən qədər bəzi ixitsaslara o cümlədən keçid ballarının formlaşmasına təsir göstərə bilər. Bəzi ixtisaslarda aşağı enmə olar bilər, lakin prestijli ixtisaslarda və daha çox tələbat olan ixtisaslarda ballar ötən ilki illərdə olduğu kimi yüksək olaraq qalacaq”.

 

Ekspert bu il magistraturaya qəbul prosesində rəqabətin həddən artıq güclü olacağını vurğulayıb:

 

“Ümumilikdə onu demək olar ki, bu il magistratura pilləsinin qəbul prosesində gərgin bir mübarizə olacaq. Çünki rəqabət həddən artıq çoxdur. Təxmin edirəm ki, bu il magistraturaya plan yerləri 13 minə yaxın olacaq. İmtahan iştirakçıları 25 min nəfər olduğunu nəzərə alsaq, deyə bilərik ki, həqiqətən də namizədlər çox diqqətli olmalıdırlar”.