Azedu.az

Naxçıvan Müəllimlər İnstitutu bağlanır? – RƏSMİ AÇIQLAMA

Xəbərlər

5 Noyabr 2025, 21:03
Naxçıvan Müəllimlər İnstitutu bağlanır? – RƏSMİ AÇIQLAMA

Son günlər Naxçıvan Müəllimlər İnstitutunun bağlanacağı, bundan sonra Muxtar Respublikada yalnız Naxçıvan Dövlət Universitetinin (NDU) fəaliyyət göstərəcəyi ilə bağlı iddialar yayılıb.

İddialara görə, bu dəyişiklik “təhsil sisteminin optimallaşdırılması” çərçivəsində həyata keçiriləcək və institutun bütün akademik bazası, müəllim heyəti və tələbələri NDU-ya birləşdiriləcək.

AzEdu.az-ın məlumatına görə, Elm və Təhsil Nazirliyindən bildirilib ki, hazırda qeyd olunan məsələ ilə bağlı hər hansı rəsmi qərar qəbul edilməyib:

“Bu istiqamətdə müvafiq qərar qəbul olunarsa, ictimaiyyətə rəsmi qaydada məlumat veriləcək,” - deyə qurumdan bildirilib. (Mənbə: Bizim.Media)

TƏCİLİ! Şok hücum - Rusiya İSGƏNDƏRLƏ Azərbaycan səfirliyini vurdu
Son xəbərlərDaha çox