Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-22 09:57:00
7 aprel buraxılış imtahanının nəticələri bu tarixdə AÇIQLANACAQ

Məlum olduğu kimi, aprelin 7-də Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilib. Belə ki, şagirdlər imtahan cavablarının nə zaman açıqlanacağı ilə bağlı xeyli suallar ünvanlayırlar.

 

Bəs, görəsən, imtahanlarının cavabı nə zaman açıqlanacaq?

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, 7 aprel tarixində IX siniflər üzrə keçirilmiş buraxılış imtahanının nəticələrinin mayın 10-dək elan olunması nəzərdə tutulur:

 

"Nəticələr hazır olan kimi elan olunur. Dəqiq vaxt demək mümkün deyil",-deyə mərkəzdən bildirilib.