Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-22 11:12:48
Beynəlxalq olimpiadaya vəsiqə qazanmış yeganə azərbaycanlı şagird - Foto

Həmyerlimiz Daria Dmitriyeva nüfuzlu zəka yarışmalarından olan "Birlik formulası" beynəlxalq bilik olimpiadasının final mərhələsinin qaliblərindən biri olub.

 

AzEdu.az xəbər verir ki, yarımfinalda MDB ölkələrindən yeganə şagird olan Daria 3-cü yerin sahibi olub.

 

Daria bu nəticəsi ilə öz uğurunun təsadüfi olmadığını bir daha sübut edib.

 

LANDAU School-un 7-ci sinif şagirdi olan Daria Dmitriyeva sözügedən müsabiqəyə elə həmin beynəlxalq özəl orta məktəbin yeni layihəsi olan "LION" bilik olimpiadalarına hazırlıq mərkəzində hazırlaşıb.

 

"LION"un daha bir şagirdi Yusif Tahirli isə ABŞ-də keçirilmiş Beynəlxalq Kopernik Olimpiadasının final mərhələsində qızıl medal qazanmaqla yanaşı, dünya ikincisi adına da layiq görülüb. Bu müsabiqədə isə mərkəzin şagirdləri ümumilikdə 1 qızıl, 3 gümüş və 3 bürünc medal əldə ediblər.

 

Hazırlıq mərkəzinin uğurlarına əlavə nümunə olaraq, FISO beynəlxalq bilik olimpiadasında riyaziyyat fənni üzrə qazanılmış 29 qızıl, 23 gümüş və 34 bürünc medalı, ingilis dili fənni üzrə 6 qızıl, 7 gümüş və 23 bürünc medalı göstərə bilərik.

 

Onu da əlavə edək ki, beynəlxalq bilik arenalarında nailiyyət əldə etmək üçün "LION" bilik olimpiadalarına hazırlıq mərkəzinə təkcə LANDAU School deyil, həmçinin digər orta məktəblərin şagirdləri də müraciət edə bilərlər.

 

Ətraflı məlumat əldə etmək üçün *1908 nömrəsinə zəng edə, hazırlıq mərkəzindən qeydiyyatdan keçmək üçün isə linkə (https://bitly.ws/3eZD7) keçid edə bilərsiniz.