Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-03 11:58:14
UNEC-in əməkdaşı beynəlxalq jurnala üzv seçilib

UNEC EFTIED - Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri, Xanım Tədqiqatçılar Şurasının rəhbəri, siyasi tədqiqatçı Nərgiz Hacıyeva Rumıniyanın Aqora Oredea Universitetinin və Sloveniya Biznes Məktəbinin beynəlxalq elmi nəşri olan Agora Beynəlxalq Hüquq Elmləri Jurnalının (AIJJS) redaksiya heyətinin üzvü seçilib.

 

Universitetdən AzEdu.az-a bildirilib ki, AIJJS siyasi elmlər, ictimai hüquq, hüquq və təhsil, beynəlxalq hüquq, Avropa hüququ, ictimai idarəçilik kimi bir sıra elmi sahələrini əhatə edir. Agora Beynəlxalq Hüquq Elmləri Jurnalı İtaliyanın Akademik və Tədqiqat Sisteminin Qiymətləndirilməsi üzrə Milli Agentliyi (ANVUR) tərəfindən A kateqoriyası, 14-cü sahə - Sosial-hüquq elmləri üzrə tanınır və EBSCO, JurnalTOCs, Stanford library, vLex International Law; High Court of Delhi; HeinOnline, Index Copernicus, ERIHPlus, Worldcat databazalarında indekslənir.