Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-27 17:02:00
Ekspertdən tövsiyə: Praktikaya üstünlük verən universitetləri seçin

Universitetdə keçirilən dərslərin praktikada tətbiqi zamanı bir sıra problemlər yaranır. Bunlar daha çox özəl sektorda özünü göstərir. Çünki dövlət qurumlarında işləmək üçün dövlət qulluğu imtahanı verilir və bu yolla işə daxil olmaq mümkündür. Ancaq özəl sektorda vəziyyət bir qədər fərqlidir. Orada universitetdə tədris olunan dərslər + praktika ol oynayır. Özəl sektorla universitetlərdəki dərslərin təcrübədə tətbiqi üçün kənarlaşmaların həcmi bir qədər böyükdür.

 

 

Mövzuya aydınlıq gətirməsi üçün təhsil mütəxəssisi Əmrah Həsənliyə müraciət etdik.

 

AzEdu.az-a açıqlama verən ekspertin sözlərinə görə tələbələrin daha çox praktiki fəaliyyətə üstünlük verən universitet seçmələri daha məqsədəuyğundur:

 

“Öncəliklə bildirmək istəyirəm ki, hər bir universitetin özünün təhsil proqramı vardır. Tələbələrin universiteti bitirdikdən sonra istər özəl sektor, istər dövlət qurumlarındakı fəaliyyəti onların təhsil aldığı müəssisədən də asılıdır. Xatırladım ki, ölkə ərazisində bir çox təhsil müəssisəsi var. Həmin təhsil müəssisələrinin təhsil verdikləri ixtisas üzrə də praktiki məşğələlər də həyata keçirir və həmin universitetlərin birgə fəaliyyət haqqında bir çox müəssisələrlə müqavilələri var. Tələbələrin daha çox praktiki fəaliyyətə üstünlük verən universitet seçmələri daha məqsədəuyğundur. Praktiki təcrübəyə üstünlük az verən universitetlərdə isə yük daha çox tələbənin üzərinə düşür. Tələbə bu zaman anlamalıdır ki, gələcək fəaliyyəti üçün praktiki fəaliyyət onun həyatında önəmli rol oynayacaq”.

 

 

Müsahibimiz xüsusi qeyd edir ki, hazırki vaxtda hər bir şeyi universitetlərdən gözləmək olmaz:

 

“Ölkə ərazisində bir çox fəaliyyət sahələri var ki, istər könüllü, istərsə də digər məşğuliyyətlərlə tələbəni gələcək həyata hazırlayır. Gənclərimiz gələcək həyata necə tutunmaq istəmələri onların gələcək fəaliyyətini tənzimləyəcək. Hər bir şeyi bugünkü gündə universitetlərdən gözləmək olmaz. Universitetlər tələbənin gələcək həyatındakı fəaliyyəti üçün elm verir. Və bu da bütün universitetlərin təyin etdiyi təhsil proqramının Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş formada həyata keçirilir. Gənclərimiz ümumiyyətlə gələcəkdə aktiv həyat tərzi yaşamaq və ünsiyət qurmaqda çətinlik çəkməmək istəyirlərsə gözləntilərini 80 dəqiqəlik dərsdən asılı vəziyyətə salmamalıdır. Çünki onların həyatı bugünkü 80 dəqiqədən deyil, gələcəkdəki fəaliyyətlərindən asılıdır. Aktiv olan gənc, aktiv olan dövlətə hər an lazımdır!”.