Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-22 15:06:00
Ali məktəblərə qəbul:“Keçid ballarının artımı gözlənilmir”

“Tibb ixtisası istisna olmaqla digər ixtisaslarda bal yüksəlişi gözlənilmir”.

 

Bu sözləri AzEdu.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib.

 

 kamran-esedov-izleyicini-tehqir-etdi

Qeyd edib ki, bu il  nəticələrin yüksək olması qəbul imtahanlarına xüsusən, 1 və 4-cü qrup ixtisasları üzrə yüksək balların formalaşmasına təsir edəcək:

 

“Çünki yüksək bal toplayanların böyük əksəriyyəti 1 və 4-cü ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istiqamətində düşünən və bu istiqamətdə gələcək karyerasını proqnozlaşdıran abituriyentlərdir. Tibb ixtisası istisna olmaqla, digər ixtisaslarda bal yüksəlişi gözlənilmir. Kütləvi şəkildə balların qalxması ehtimalı yoxdur. Bu il universitetlərin qəbul plan yeri 60.000-dən çox olacaq. 2019-cu ildə ali təhsil müəssisələrinə plan yeri 29.000 idi.

 

Həmçinin Qarabağ, Türkiyə-Azərbaycan universiteti fəaliyyətə başalayacaq. Bu o deməkdir ki, yeni universitetlərin açılması birmənalı şəkildə qəbul plan yerinə öz təsirini göstərəcək. Ona görə də kütləvi və ciddi şəkildə bal artımını gözləmirik. Həmçinin imtahanda 114.000 nəfər şagird iştirak edir və onlar arasında 54 nəfər maksimum bal toplayıb. Ortalama bal ciddi şəkildə qalxamayacaq”.