Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-23 09:12:00
2-ci təhsil almaq istəyən oğlanlara əsgərlikdən möhlət verilir?

Hər il ali təhsilini başa vuran oğlan tələbələr həqiqi hərbi xidmətə çağırılır. Belə ki, bakalavirat təhsilini bitirib magistraturaya qəbul olan həmin tələbələrə həqiqi hərbi xidmətdən möhlət hüququ verilir.

 

Lakin 2-ci ali bakalavr təhsil almaq istəyənlərə bu möhlət hüququn şamil olunmadığı qeyd edilir.

 

Məsələ ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Elşən Qafarov 2-ci təhsil almağın iki yolu olduğunu qeyd edib:

 "Bu mühitsizliyi yaradan səriştəsiz məktəb rəhbərləri və müəllimlərdir"

“Qanunvericiliyə görə, bakalavriat təhsili alan şəxslərə həqiqi hərbi xidmətdən möhlət hüququ verilir. Lakin 2-ci təhsil almağın 2 yolu var. Birincisi Dövlət İmtahan Mərkəzinə imtahan verməklə, biri də əlavə təhsil yolunu seçməklədir. Hətta onu da qeyd edim ki, bir çox insan dövlət sənədini daha tez əldə etmək üçün əlavə təhsilə müraciət edirlər.

 

Lakin həmin əlavə təhsillə bağlı möhlət hüququ yoxdur. 2-ci dəfə DİM-in xətti ilə gedib imtahan verirsə, yenidən bakalavirat təhsilini alırsa, o zaman möhlət hüququ verilməlidir. Amma yenə də qeyd edim ki, əlavə təhsildə oğlanlara əsgərlikdən möhlət hüququ yoxdur”, – deyə fikrini tamamlayıb.