Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-20 10:45:14
Övladınız bu halda bağçaya qəbul edilməyəcək! - Sənəddəki yanlışlıqlar...

Bir sıra hallarda övladını bağçaya qeydiyyatdan keçirən valideynə imtina gəlir. Bəs uşaqlar hansı halda məktəbəqədər təhsil müəssisəsinə qəbul olunmaya bilər?

 

AzEdu.az qeyd olunan suala cavab olaraq bildirir ki, ilk növbədə məsul şəxs https://bq.edu.az saytından elektron qeydiyyat zamanı valideynin (və ya qanuni nümayəndənin) özü və uşaq haqqında daxil etdiyi məlumatları təqdim olunan sənədlərin əsli ilə üzləşdirərək yoxlayır. Həmin sənədlərin surətini saxlayaraq əslini dərhal valideynə (və ya qanuni nümayəndəyə) qaytarır.

 

Məsul şəxs tərəfindən tələb olunan sənədlərin müvafiq qaydalara uyğun olmadığı aşkar edildikdə (elektron ərizə qeydiyyatı zamanı məlumatların bilərəkdən saxtalaşdırılması) uşaq məktəbəqədər təhsil müəssisəsinə qəbul olunmaya bilər.