Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-08 15:46:25
BMU tələbəsi Finlandiyanın nüfuzlu universitetində...

Bakı Mühəndislik Universitetinin (BMU) daha bir bakalavr məzunu magistratura pilləsində təhsilini dünyanın nüfuzlu ali təhsil müəssisəsində davam etdirəcək.

 

Bu barədə universitetdən AzEdu.az-a məlumat verilib.

 

Belə ki, universitetin Pedaqoji fakültəsinin Kimya müəllimliyi (tədris ingilis dili) ixtisasının son kurs tələbəsi Araz Osmanov Finlandiyanın ən yaxşı ali təhsil ocaqları arasında ilk üçlükdə yer tutan, dünyanın aparıcı və tədqiqat yönümlü Turku Universitetinə (University of Turku) tam təqaüdlü qəbul təklifi alıb.

 

BMU tələbəsinə təhsilini sözügedən universitetin Fizika və kimya fakültəsinin Materiallar kimyası ixtisasında davam etdirməsi üçün 24 min avro həcmində təqaüd ayrılıb.

 

Qeyd edək ki, Araz Osmanov BMU-da 2022/2023-cü tədris ili üzrə bakalavr pilləsini ümumi orta müvəffəqiyyət göstəricisi 90,5 balla başa vurur.