Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-19 17:18:00
Ən yüksək bal toplayan şagirdlərin adları - SİYAHI

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 12 mart 2023-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.

 

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

 

İmtahan iştirakçıları arasında 4 nəfər 297.5 bal toplamaqla ən yüksək nəticəni göstərib.

Yüksək bal toplayanlardan 2 nəfər Bakı şəhər Nəsimi rayon texniki-humanitar liseyinin, 1 nəfər Səbail rayon 160 №-li klassik gimnaziyasının, 1 nəfər Sabunçu rayon 169 №-li orta məktəbinin məzunudur.

 

AzEdu.az saytı həmin şagirdlərin adlarını öyrənib:

 

Mürşüdlü Nəzrin Elxan 
Abışova Fidan Yusif
Cəfərzadə Taliə Cavid 
Quliyeva Ləman Sənan 


Mürşüdlü Nəzrin Elxan qızı Bakı şəhəri Səbail rayonu 160 №-li klassik gimnaziyasında oxuyur.


Quliyeva Ləman Sənan qızı Bakı şəhəri Sabunçu rayonu 169 №-li orta məktəbdə təhsil alır.


Abışova Fidan Yusif və Cəfərzadə Taliə Cavid isə Bakı şəhəri Nəsimi rayonu texniki-humanitar liseydə oxuyurlar.