Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-31 11:58:00
“Qırmızı kitab”ın yeni nəşri ilə bağlı elmi tədqiqatlar başa çatdırılıb

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin əhatə etdiyi institutlarda hesabat ilində 22 problem, 82 mövzu, 246 iş, 501 mərhələ üzrə tədqiqatlar aparılıb, 6 mövzu, 31 iş və 369 mərhələ tamamlanıb.

 

AzEdu.az xəbər verir ki, bunu AMEA Rəyasət Heyətinin növbəti iclasında Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurasının sədri akademik İradə Hüseynova söyləyib. Akademik qeyd edib ki, bölmənin diqqətində olan ən aktual problemlərdən biri də Azərbaycan Respublikasının “Qırmızı kitab”ının III nəşrinin hazırlanması olub. AMEA üzrə redaksiya heyəti və işçi qrupları bölmənin ciddi nəzarəti altında fəaliyyət göstəriblər. Hazırda “Qırmızı kitab”ın III nəşrinin hazırlanması ilə bağlı elmi tədqiqatlar, xarakterik şəkil və yayılma xəritələri ilə birgə oçerklərin yazılması başa çatdırılıb, son redaktə və tərtibatla bağlı yaradıcı kollektivin üzərinə düşən işlər yekunlaşdırılıb.

 

Bildirilib ki, Kəlbəcər, Zəngilan, Qubadlı, Füzuli, Şuşa və s. rayonlara çoxsaylı ekspedisiyalar keçirilib, nadir və itmək təhlükəsində olan növlərin, torpaq və su ehtiyatlarının, içməli su mənbələrinin, meşə və digər ekosistemlərin monitorinqləri aparılıb. Xüsusən Oxçuçayın hövzəsi boyu ekspedisiya tədqiqatları mühüm əhəmiyyət kəsb edib.