Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-22 13:01:00
Çempionata xərclənən milyardlar- Qətər təhsilə də bu qədər diqqətlidirmi? - İNANILMAZ FAKTLAR

 

Hazırda demək olar ki, bütün dünyanın diqqəti Qətərdə keçirilən futbol üzrə 22-ci dünya çempionatındadır. 

 

Mundialın bu ölkədə keçirilməsi və təşkili bir çox mövzularda geniş müzakirələrə səbəb oldu. Qətər istər xərclənən vəsait, istər açılış, istərsə də başqa məsələlərdə hətta futbola marağı olmayanların da diqqətini özünə çəkməyi bacardı.

 

Bu ölkənin təhsil sistemi də digər ölkələrdən bir qədər fərqlənir. Təhsilə əlçatanlığın təmin edilməsi, əcnəbilər üçün yaradılan şərait, məktəblərə müəyyən qədər muxtariyyət hüququnun verilməsi və s. kimi məqamlar Qətərdə təhsilinə ətraflı baxışı zəruri edir.

 

AzEdu.az  hazırda bütün diqqətlərin cəmləndiyi Qətərin təhsil sistemini təqdim edir.

 

Qətərdə təhsil müəssisələri dövlət və özəl olmaqla iki hissəyə bölünür. Hökumət tərəfindən maliyyələşdirilən, nazirlik, yaxud müstəqil məktəblər adlanan müəssisələrə Ali Təhsil Şurası nəzarət edir. Bu müəssisələr arasında lazımı tələblərə cavab verənlər kurikulumun tətbiqilə bağlı müəyyən muxtariyyətə malikdirlər. Dövlət məktəblərinin üç pilləsi var: ibtidai (6-12 yaş), hazırlıq (13-15) və orta (16-18) təhsil. Ümumiyyətlə, dövlət məktəbləri qətərlilər üçün pulsuzdur və tədris ərəb dilində təşkil edilir. Əcnəbilərin övladları üçün isə bu məktəblərdə təhsil almaq o qədər də asan deyil.

 

No description available.

 

Dövlət məktəblərindən fərqli olaraq özəl məktəblərdə müxtəliflik var. Bütün özəl təhsil müəssisələri Qətər Milli Məktəb Akkreditasiyasından keçməlidir. Bu məktəblər tədris planlarını təyin etməkdə sərbəstdirlər. Bəzi özəl məktəblərdə tədris dövlət təhsil müəssisələrinin proqramlarına uyğun olaraq təşkil edilir və tədris dili ərəbcədir. Beynəlxalq məktəblərdə isə demək olar ki, sadəcə əcnəbilər təhsil alır. Ümumiyyətlə, bu məktəblərdə tədris dili və kurikulum onların institusional mənsubiyyətinə görə dəyişir.

 

Qətərdə məktəbəqədər təhsil icbari deyil

 

Uşaq bağçaları 0-3 və 3-5 yaşlı uşaqlara ilkin təlimlər və ünsiyyət bacarıqlarının formalaşması üçün nəzərdə tutulur. Uşaqların bu müəssisələrə qəbulunda isə heç bir problem yaşanmır, ölkədə kifayət qədər təhsil müəssisəsi fəaliyyət göstərir. Amma bütün müəssisələrdə yüksək keyfiyyət və ixtisasları kadrların fəaliyyətinin təşkilinə qaranti verilmir. Burada xərclər 15.000 - 40.000 QAR arasında dəyişir.

 

İbtidai təhsil 6-12 yaş arası şagirdlə üçün məcburidir

 

Şagirdin təhsilin sonrakı pillələrində davamiyyətinə isə valideyn sərbəst qərar verir. Hökumət tərəfindən maliyyələşdirilən məktəblərdə tədris ərəb dilindədir və ödənişsizdir. Burada təməl biliklər kimi ingilis dili, riyaziyyat, elmin digər sahələri və islamşünaslıq tədris edilir. Tədrisin keyfiyyəti məktəbə görə dəyişir. Bəzi özəl məktəblərrin proqramları dövlət məktəblərinə uyğundur, digər özəl məktəblər isə əcnəbilər üçün nəzərdə tutulan beynəlxalq məktəblərdir. Bu məktəblər hər hansı ölkənin təhsil sisteminə əsaslana, xüsusi tədris metodları tətbiq edilə bilər. Özəl müəssisələrdə xərclər isə 20.000 - 65.000 QAR arasında dəyişir.

 

No description available.

 

Hazırlıq və orta təhsil müxtəlif müəssisələrdə təhsil alan şagirdlərə görə fərqli yaş aralığına uyğun tənzimlənir

 

Bu təhsil pilləsi ölkədə məcburi hesab edilmir. Dövlət orta məktəbləri tədris planlarını özləri təyin etdiyi üçün keyfiyyət plana, pedaqoji heyətə və şagird kontingentinə uyğun olaraq dəyişir. Təməl tədrisi vacib hesab edilən fənlər ibtidai təhsildəkilərlə eynilik təşkil edir. Təhsilini orta peşə məktəblərində davam etdirməyə üstünlük verən şagirdlər isə ticarət, biznes, elm və texnologiya, din tədrisinin həyata keçirildiyi müəssisələr arasında seçim edə bilərlər. Qətərdə çoxlu özəl məktəb var. Burada tədrisin Alman, İngilis dillərində təşkil edildiyi, bu ölkələrin proqramlarına uyğun həyata keçirildiyi məktəblər tapmaq mümkündür.

 

Orta məktəb nəticələrilə universitetə sənəd vermək mümkündür

 

Qətərdə orta məktəbi başa vuran məzunların biliyinin yoxlanması üçün imtahanlar keçirilir və nəticələrə əsasən onlara sertifikatlar verilir. Tələbənin bu imtahandan topladığı bal universitetə sənəd verərkən nəzərə alınır. Beynəlxalq məktəbdə təhsilini başa vuran şagirdlərin qiymətləndirilməsi isə həmin məktəbdən asılıdır. Bəzi məktəblər yekun imtahan keçirə, bəziləri isə şagirdin bütün fənnlər üzrə dərs göstəricilərinin yaxşı olmasını nəzərə alaraq diplomu təqdim edə bilər.

 

No description available.

 

Qətər ali təhsilində Beynəlxalq Bakalavr proqramı uğurlu hesab edilir

 

Beynəlxalq səviyyədə tanınan proqram tənqidi düşüncəni, yaradıcılığı və xidməti inkişaf etdirən hərtərəfli, strukturlaşdırılmış proqram hesab edilir. Burada İB proqramını təklif edən 17 təhsil müəssisəsi fəaliyyət göstərir.

 

Bu ölkədə xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinə lazımı şərait yaradılır. Bunun üçün fəaliyyət göstərən özəl müəssisələrlə yanaşı, digər təhsil müəssisələri də sözügedən şagirdlərin təhsilə əlçatanlığının təmin edilməsinə xidmət göstərir.

 

Valideynlər istənilən zaman şagirdin təhsil müəssisəsini dəyişə bilərlər. Sadəcə yeni seçilən məktəbdə qeydiyyatı təsdiqləmək və övladının proqramdan geri qalmamasına diqqət etməlidirlər.

 

No description available.

 

Qətərdə evdə təhsil üçün hər hansı tənzimləmə sistemi mövcud deyil. Qətərlilər bunun üçün bir sırsa tələblərə cavab verməli olsalar da, əcnəbilər üçün hər hansı məhdudiyyət mövcud deyil. Hətta övladı evdə təhsil alan valideynlərə dəstək üçün xüsusi icmalar fəaliyyət göstərir.

 

Əcnəbi şagirdlərin dövlət məktəblərinə qeydiyyatı uzun vaxt tələb edir. Bunun üçün şagirdin ərəb dilini öyrənməsi zəruridir. Amma əcnəbilər əsasən beynəlxalq məktəblərə üstünlük verirlər.