Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-07 10:19:00
Dövlət orqanlarında vakant vəzifələr üzrə müsahibəyə qeydiyyat başa çatıb  

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün martın 18-də elan olunmuş daxili müsahibəyə qeydiyyat yekunlaşıb.

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, daxili müsahibədə iştirak etmək üçün 126 namizəd qeydıyyatdan keçib.

 

Qeyd edək ki, mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları daxil olmaqla elana çıxarılan vəzifələrin 28-i dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) və 30-u B növü vəzifələrə (inzibati icraçı) aiddir.

 

Ümumilikdə isə Ekologiya və Təbii Sərvətlər Nazirliyində 22, İqtisadiyyat Nazirliyində 7, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 6, Dövlət Statistika Komitəsində 6, Dövlət Turizm Agentliyində 4, Maliyyə Nazirliyində 5, Hesablama Palatasında 2, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 1, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 1, Qida Təhlükəsizliyi Agentliyində 1, Diasporla İş üzrə Dövlət Komitəsində 1, Sumqayıt Apellyasiya Məhkəməsində 1 və Şirvan Apellyasiya Məhkəməsində 1 vakant vəzifə daxili müsahibə elanına çıxarılıb.