Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-11 10:56:00
Sinif yoldaşını bıçaqlayan şagirdə cinayət işi açıldı-DİN

Səbail rayonu ərazisində 17 və 18 yaşlı gənclər arasında bıçaqlanma ilə nəticələnən mübahisədə 17 yaşlı Cəmil Həsənov xəsarət alıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elşad hacıyev məlumat verib.

 

Məlumata əsasən, kəskin qan itirmədən ağırlaşan C.Həsənova xəstəxanada polis əməkdaşları tərəfindən qan verilməklə onun həyatı xilas edilib.

 

Fakt üzrə Səbail RPİ-də cinayət işi başlayıb, istintaq hərəkətləri aparılır. C.Həsənova bədən xəsarəti yetirməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Nihad Fərhadov şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib.

 

Qeyd edək ki, hər iki şəxs 162 nömrəli tam orta məktəbin 11A sinif şagirdləridir. Hadisə yanvarın 10-da günorta saatlarında məktəbdən kənar ərazidə baş verib.