Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-09 06:58:54
Orta məktəblərdə dərs ili nə vaxt yekunlaşacaq? - Şayiələrə nazirlikdən cavab

Azərbaycan orta məktəblərində dərs ili 14 iyunda başa çatacaq.

Bu barədə AzEDU.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib.  Məlumata görə, bu il orta təhsil müəssisələrində dərs ilinin uzadılmasıyla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir və dərs ili ilə bağlı qaydalar olduğu kimi də qalır.

Yeni tədris ili isə hər zaman olduğu kimi 15 sentyabrda başlayacaq.

Nəzrin Rüstəmova

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları