Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-22 11:55:00
Distant təhsilə keçən məktəb və siniflərin sayı AÇIQLANDI

 

Ölkə üzrə tədrisə başlanılan tarixdən indiyədək 4432 ümumi təhsil müəssisəsindən 19 məktəb (0,4 faiz), 89 674 sinifdən 505 sinif (0,6 faiz) distant formaya keçirilib.


Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, bu siniflərdən 72-də əyani təhsil forması artıq bərpa edilib. 

 

Hazırda 433 sinif distant formada tədrisə davam edir.

 

Qeyd edək ki, müvafiq qaydalara uyğun olaraq məktəblərdə koronavirusa yoluxma qeydə alındığı halda Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya mərkəzlərinin rəyi əsasında lokal bağlanmalar barədə qərar qəbul edilir.