Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-15 15:18:00
"MİQ təşkilatçıları günah özlərində olduğu halda müəllimləri və nəzarərtçiləri cəzalandırır”-Osman Gündüz

 "Təhsil Nazirliyi  sualları imtahandan sonra açıqlamalı, onların müzakirəsini təşkil etməli, daha keyfiyyətli sualların alınması üçün resurslar ayırmalıdır".

 

AzEdu.az  xəbər  verir  ki, bunu Azərbaycan İnternet Forumunun Prezidenti  Osman Gündüz  bildirib.

 

Prezident, DİM-in  zaman-zaman ədalətsiz münasibə5t sərgilədiyini və Nazirliyin də bu fikrə düşdüyünü qeyd  edib:

 

“Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzi açıqlayıb ki, ötən gün keçirilən müəllimlərin işə qəbulu imtahanında namizədlərdən biri sualları imtahan zalından çıxarmağa cəhd edib. Və Nazirlik dərhal da onun nəticələrinin ləğv olunduğunu, hətta barəsində daha ciddi tədbir görüləcəyi, imtahan rəhbəri və nəzarətçinin də cəzalanacağını bildirib. Çox təəccüblüdür və anlaşılan deyil. Zaman-zaman DİM də abituriyentlərə və şagirdlərə qarşı belə ədalətsiz və haqsız münasibətlər sərgiləyir. İndi görünür ki , Təhsil Nazirliyi  də bu fikrə düşüb”.

 

Osman Gündüz, məsələ  ilə  bağlı müəllimlərin günahının olmadığını, problemin  imtahan  təşkilatçılarına  aid  olduğunu  vurğulayıb:

 

“Nə üçün TN imtahandan sonra sualların, məhz cavabların deyil, sualların digərlərinə çatmasından narahatdır ?

 

Fikrimcə burada iki əsas amil rol oynaya bilər :

 

  1. Suallar keyfiyyətsiz hazırlanıb, səhvlər ola bilər və təşkilatçılar maraqlıdır ki, bundan xəbər tutulmasın.
  2. Təhsil Nazirliyinin sual bankı məhduddur və eyni suallardan təkrar istifadə zərurəti var

Bu səbəblərin heç birisinin müəllimlərə və nəzarətçilərə dəxli yoxdur, bunlar imtahanı təşkil edənlərin problemidir, baş verənlərə görə müəllimin nəticəsinin ləğvi və cəza tədbirləri qanunsuzdur və ədalətsizdir”.

 

Prezident, Nazirliyin MİQ  üçün  sual bankı  yaratmaq məqsədi ilə hökumətə  müraciət etməli olduğunu  qeyd  edib:

 

“Düşünürəm ki, əksinə olmalıdır. Təhsil Nazirliyi  sualları imtahandan sonra açıqlamalı, onların müzakirəsini təşkil etməli, daha keyfiyyətli sualların alınması üçün resurslar ayırmalıdır. İmtahanlardan sonra isə köhnə sualların bankı hazırlanıb internetdə yerləşdirilməlidir. Bütün bunlar üçün səylər göstərmək və resurslar xərcləmək əvəzinə günahsızları cəzalandrımaq yolverilməzdir.Əgər Nazirliyin  resursları yoxdursa onda zəhmət çəkib hökumətə müraciət olunsun ki, MİQ üçün sual bankı yaratmağa vəsaitlər ayrılsın”.

 

Son  olaraq  o, Təhsil Nazirliyi rəhbərliyinin   bunları nəzərə alacağına ümüd etdiyini  bildirib.