Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-22 12:06:00
İmtahanda tətbiq olunan bu yeniliklər abituriyentlərin xeyrinədir-Ekspert açıqladı

Universitetlərə qəbul prosesinin başlanmasına az müddət qalıb. AzEdu.az mütəmadi olaraq abituriyentlərə kömək məqsədilə qəbul prosesindəki yenilikləri, imtahanla bağlı tövsiyələri təqdim edir. Buraxılış imtahanının  qəbul balına birbaşa təsiri abituriyentlər üçün müsbət yoxsa mənfi hal kimi qiymətləndirilə bilər?

 

“Ölkəmizdə 2010-cu ildən kurikulum təhsil sistemi tətbiq edilməyə başlayıb. 2018-2019-cu tədris ilindən başlayaraq ali məktəblərə qəbul bu sistemə əsasən aparılıb. Bundan əvvəlki illərdə abituriyentlərə sadəcə 1 dəfə qəbul imtahanında iştirak edib istədikləri ixtisası seçmək hüququ vardı. Daha sonra isə imtahanda 2 dəfə iştirak şansı verildi. Onlar topladıqları ən yüksək balla ixtisas seçiminə qatıla bildilər. Həmçinin abituriyentlərin attestast imtahanındakı qiymətləri-topladıqları bal qəbul imtahanına şamil olunmurdu”.

 

Bu fikirləri AzEdu.az-a açıqlamasında təhsil və qəbul məsələləri üzrə ekspert Sevinc Purkeştasib səsləndirib. O, son illərdə  qəbul prosesində tətbiq olunan yenilikləri müsbət hal kimi dəyərləndirdi:

 

“Bir neçə ildir ki, proses dəyişilib. Şagirdlərin buraxılış imtahanında topladıqları bal qəbul imtahanında toplanan nəticəyə əlavə edilir. Birinci mərhələdə abirutiyentlər 3 fəndən-Azərbaycan dili, riyaziyyat və ingilis dili imtahan verərək maksimum 300 bal toplaya bilirlər. İkinci qatıldıqları blok imtahanında isə maksimum 400 bal toplamaq mümkündür.

 

Düşünürəm ki, buraxılış imtahanlarından toplanan balın qəbul imtahanına əlavə edilməsi müsbət haldır. Belə olduqda şagirdlər orta məktəb dərslərinə, həmçinin də məktəbə daha artıq diqqət edirlər. Hazırki qəbul prosesinin ən müsbət tərəfi də budur”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları