https://www.zirve.edu.az/
24.09.2020 14:24
700 bal toplayan abituriyentlər  bu  universitetlərə qəbul olundular  

 

 

Universitetlərə qəbul  üzrə  ixtisas seçiminin nəticələri artıq elan olundu.

 

Bu il Azərbaycanda iki abituriyent topladığı 700 bal ilə ixtisas seçimində iştirak edib.

 

AzEdu.az  700 bal toplayan  abituriyentlərin qəbul olduqları universitet və ixtisasları təqdim edir.

 

I qrup üzrə maksimum nəticə göstərən Hüseyin Abdullayev Bakı Ali Neft Məktəbinin İnformasiya Təhlükəsizliyi ixtisasına qəbul olub.  İxtisas seçiminə start  verilən zaman yaxın bir-iki gün ərzində qeydiyyat prosesində iştirak edəcək.

 

III qrup üzrə maksimum nəticə göstərən Əziz Kərimli isə Azərbaycan Diplomatik Akademiyasının  Hüquqşünaslıq  ixtisasına qəbul olub. Prosesə start verilən ilk günlərdə akademiyada qeydiyyatdan keçməyi düşünür.

 

Qeyd edək ki, universitetlərə qeydiyyat prosesi  25 sentyabr - 7 oktyabr arası aparılacaq.

 

Tələbə adını qazanan bütün abituriyentləri təbrik edir və uğurlar arzulayırıq!

 

Ayşən Mustafayeva
Müəllifin digər yazıları