Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-05 17:32:00
Məktəb olmayanda şagirdlər dərslərini buradan oxuya bilərlər

Məktəbin olmadığı zamanda dərs öyrənmək üçün ən yaxşı variant www.e-derslik.edu.az portalıdır”.

 

AzEdu.az  xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov valideyn və şagirdlərə müraciətində ünvanlayıb. O bildirib ki, nazirliyin portalında 232 elektron dərslik, 22 metodik vəsait və 2 sinifdənxaric oxu materialı olmaqla, ümumilikdə 256 elektron vəsait mövcuddur:

 

“Video, qrafika, səs və digər multimedia vasitələri ilə zənginləşdirilmiş dərsliklərin sayı 28-dir. Hazırda elektron dərslik portalında 206048 nəfər qeydiyyatdan keçmiş istifadəçi var, portala ümumi baxış sayı isə 5 373 077-ə çatıb. Son iki ay ərzində portalda ən çox müraciət edilən dərsliklər – Coğrafiya (VIII sinif), Əlifba, Biologiya (VIII sinif) və Azərbaycan tarixi (VII sinif) olub”.