Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-16 11:46:00
“Gələcəyin fizikləri“ yeni uğurlara imza atıb

Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibi olmuş “Gələcəyin fizikləri“ layihəsi Şirvan təhsili üçün yeni uğurlara imza atıb. İllər sonra fizika fənni üzrə Respublika Fənn Olimpiadalarının ( RFO ) yarımfinal mərhələsinə 10 nəfər şagird iştirak hüququ qazanıb.

AZEdu.az xəbər verir ki, bu şagirdlərdən 7 – si “Gələcəyin fizikləri” layihəsində iştirak edən şagirdlərdir. Layihə rəhbəri Şirvan şəhər təhsil meneceri, 3 saylı tam orta məktəbin fizika müəllimi Vasif Zeynalovdur. Layihənin təlimçi və ekspert heyyəti Şirvan şəhərində təhsil alan 9 – cu sinif şagirdlərindən 25 şagird seçərək onları fənn olimpiadalarına hazırlaşdırıblar. Əlavə olaraq bu şagirdlərin sadəcə nəzəri deyil, həmdə praktiki biliklərinin artırılması məqsədi ilə N. Tusi adına Şamaxı Astrofizika rəsədxanasına və Bakı Hədəf liseyinin İntraktiv Elm Muzeyinə ekskursiyası da təşkil olunub.
Hal – hazırda yarımfinalda iştirak hüququ qazanan şagirdlər ilə olimpiada dərsləri layihə rəhbəri tərəfindən davam edir. 23 fevral 2020 – ci il tarixində bu şagirdlər finala vəsiqə qazanmaq üçün növbəti imtahanlarını verəcəklər. Şagirdlərimizə uğurlar arzulayırıq.