Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-10 15:10:00
Rezidentlər üçün ilk sınaq imtahanı hansı tarixdə keçiriləcək?-CAVAB

Artıq Dövlət İmtahan Mərkəzi keçiriləcək bir sıra imtahanların vaxtını açıqlayıb. Rezidenturaya qəbul imtahanlarının birinci mərhələsinin 19 aprel, ikinci mərhələsinin isə 17 iyulda keçirilməsi planlaşdırılır.

Rezident olmaq istəyənləri maraqlandıran əsas məsələ isə birinci mərhələ üzrə sınaq imtahanlarının nə zaman keçiriləcəyidir. Onlar arasında sınaq imtahanının martda keçiriləcəyi ilə bağlı məlumat yayılıb.

AzEdu.az məsələni dəqiqləşdirmək məqsədilə Dövlət İmtahan Mərkəzi ilə əlaqə saxlayıb. Mərkəzdən bildirilib ki, sınaq imtahanlarının keçiriləcəyi tarix hələlik bəlli deyil.

Xatırladaq ki, ötən il rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün qəbul imtahanının birinci mərhələsi 16 mart tarixində DİM-in Nəsimi rayonu, A. Salamzadə küç., 28 ünvanında yerləşən binasında kompüter vasitəsilə elektron formada keçirilib. Sına qimtahanında iştirak üçün qeydiyyat isə martın 5-də başlanıb. Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılıb. Ötən ilin sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 30 AZN təşkil edib.

Qeyd edək ki, qəbul imtahanlarının birinci mərhələində III kursu bitirmiş tibb təhsilli, ikinci mərhələdə isə təhsili başa vurmuş məzunlar iştirak edə bilərlər.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları