Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-02 15:42:00
Buraxılış və qəbul imtahanlarındakı tapşırıqların çətinlik səviyyəsi abituriyentləri qane edir? – SORĞU

Abituriyentlərin 24%-i (95 nəfər) bu fikirdədir ki, buraxılış imtahanlarında istifadə edilən test tapşırıqlarının içərisində sadə suallar üstünlük təşkil edib.

AzEdu.az xəbər verir ki, bu barədə məlumat Sosial Tədqiqatlar Mərkəzi tərəfindən hazırlanan “Azərbaycan Barometri” jurnalının ikinci sayında öz əksini tapıb.

Hesabata əsasən, respondentlərin 52%-i (210 nəfər) orta çətinlikdə sualların, 24%-i (95 nəfər) isə çətin sualların olduğunu düşünür.

Qəbul imtahanlarında isə münasibət belə olub: abituriyentlərin 40%-i (160 nəfər) imtahanlarda istifadə edilən test tapşırıqlarının içərisində çətin sualların, 51%-i (205 nəfər) orta çətinlikdə sualların, 9%-i (35 nəfər) isə sadə sualların olduğu qənaətindədirlər.

Ümumilikdə abituriyentlərin cavablarından aydın olur ki, həm buraxılış, həm də qəbul imtahanlarında onlara çətin olan suallar salınıb.

İxtisas qrupları üzrə abituriyentlər arasında buraxılış imtahanlarında istifadə edilən test tapşırıqlarının çətinlik dərəcəsinə münasibətdə  statistik əhəmiyyətli fərq müəyyən edilib. Belə ki, əgər III qrupu seçən abituriyentlərin 23%-i üçün suallar asan olubsa, I, II və IV qrupları seçən abituriyentlər üçün bu göstərici müvafiq olaraq 3%, 8% və 0% təşkil edib.

Buraxılış imtahanlarında istifadə edilən test tapşırıqlarının sadə, orta və çətin olmaqla müxtəlif mürəkkəblik səviyyəsində təqdim olunması abituriyentlərin 11%-i (45 nəfər) üçün çox çətinlik yaradıb, 21%-i (83 nəfər) üçün çətinlik yaradıb, 46%-i (183 nəfər) üçün qismən çətinlik yaradıb, 18 %-i (74 nəfər) üçün çətinlik yaratmayıb, 4%-i üçün (15 nəfər) isə heç bir çətinlik yaratmayıb.

Qəbul imtahanlarında istifadə edilən test tapşırıqlarının sadə, orta və çətin olmaqla müxtəlif mürəkkəblik səviyyəsində təqdim olunması aşağıdakı kimi olub: abituriyentlərin 18%-i (72 nəfər) bunu onlar üçün çox çətinlik yaratdığını, 26%-i (103 nəfər) çətinlik yaratdığını, 39%-i (156 nəfər) qismən çətinlik yaratdığını, 13%-i (53 nəfər) çətinlik yaratmadığını, 4%-i (16 nəfər) isə heç bir çətinlik yaratmadığını qeyd edib.