Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-06 12:20:00
Bakı Mühəndislik Universitetində imtahan sessiyasının gedişinə nəzarət etmək üçün qərargah yaradılıb

Bakı Mühəndislik Universitetində 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb.

Universitetdən AzEdu.az-a  bildiriblər ki, sessiya fevralın 2-dək davam edəcək. İmtahan prosesində tələbələrə biliklərini nümayiş etdirmək üçün lazımi şərait yaradılıb. Bütün imtahanların nəticələri günün sonunda universitetin tələbə məlumat sisteminə yerləşdirilir.

Qeyd edək ki, universitetdə imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın təmin olunması, sessiyanın gedişinə nəzarət, tələbə və valideynlərin müraciətlərinin qəbulu və araşdırılması məqsədilə qərargah və “Qaynar xətt” yaradılıb.