Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-06 12:36:00
DİM-in elektron xidmətlərindən 7 milyondan çox vətəndaş istifadə edib

Dövlət İmtahan Mərkəzində (DİM) informasiya-kommunikasiya texnologiyalarının (İKT) kütləvi proseslərə tətbiqi istiqamətində işlər 2018-ci ildə intensiv şəkildə davam etdirilib, bu sahədə yeni layihələr həyata keçirilib.

AzEdu.az xəbər verir ki, bu, 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu və ümumtəhsil müəssisələri üzrə buraxılış imtahanları ilə bağlı DİM-in elmi-statistik təhlilində yer alıb.

İKT istər ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinə, istər rezidenturaya, istər orta ixtisas təhsili pilləsinə qəbul prosesinin, ümumtəhsil müəssisələri şagirdlərinin buraxılış imtahanlarının, istərsə də dövlət qulluğuna işə qəbulun bütün mərhələlərində tətbiq edilib. Bununla da çoxlu sayda vətəndaşa elektron xidmət göstərilib. Belə ki, DİM tərəfindən göstərilən elektron xidmətlərdən 7 milyon 270 mindən artıq istifadə qeydə alınıb.