Azedu.az

25 minə yaxın abituriyent ən azı bir fəndən sıfır bal TOPLAYIB

Şagirdlər

7 İyul 2025, 16:10
25 minə yaxın abituriyent ən azı bir fəndən sıfır bal TOPLAYIB

2024-cü ildə I–IV ixtisas qrupları üzrə qəbul imtahanlarında iştirak edən abituriyentlərin təxminən 29.5%-i imtahan verdikləri fənlərin birində və ya bir neçəsində test suallarına ya ümumiyyətlə cavab verməyib, ya da cavabları təsadüfi olaraq seçib.

AzEdu.az-ın əldə etdiyi məlumata görə, bu barədə Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının №12 (2024) buraxılışında qeyd edilib.

Bu isə o deməkdir ki, bu abituriyentlərin cavabları düzgün olmamış və nəticədə yanlış cavablar düzgünlərin sayını sıfıra qədər endirib, balı sıfıra bərabər olub.

Dövlət İmtahan Mərkəzinin rəsmi açıqlamasına əsasən, belə abituriyentlərin yanlış cavablarının sayı düzgünlərin sayından qat-qat çox olub, nəticədə “düzgün cavabların təshih edilmiş qiyməti sıfırdan kiçik alınıb” və imtahan balı sıfıra düşüb.

Mərkəz qeyd edir ki, bu hal birtərəfli hazırlığın nəticəsidir – yəni şagirdlər yalnız seçdikləri ixtisas qrupuna aid fənlərə diqqət yetirir, digər fənləri isə minimum səviyyədə belə öyrənmirlər

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox