Azedu.az

Elm və təhsil nazirinin müşaviri: "Məktəblinin dostu" layihəsi özünü doğruldur

Məktəblər

Maraqlı

Müəllimlər və elm adamları

Elm və Təhsil Nazirliyi

18 Aprel 2024, 15:23
Elm və təhsil nazirinin müşaviri:

Aparılan təhlillər onu göstərir ki, "Məktəblinin dostu" layihəsi özünü doğruldur.

 

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Azər Abizadə "Məktəblinin dostu" layihəsinin fəaliyyətinə dair keçirilən tədbirdə çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, şagirdlər arasında aparılan sorğu onu deməyə əsas verir ki, "Məktəblinin dostu" layihəsi özünü doğrulda bilib: "Geridönüşlər çox müsbətdir. Valideynlərin də razılığı yüksək səviyyədir".

 

Nazir müşaviri bildirib ki, təcili yardım göstərilməsi məsələsində tibb heyəti gələnə qədər ilk yardım göstərən məhz "Məktəblinin dostu" olub: "Bundan başqa, davalar zamanı ən çox müdaxilə edən də layihə iştirakçılarıdır. Hazırda 238 məktəb bu layihəyə qoşulub və əhatə dairəsi bundan sonra da genişləndiriləcək".

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox