Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-06 14:05:00
Minaya düşən Həsənəli AzEdu.az-a danışdı: “Magistraturaya qəbul olmaq istəyirdim, amma...”

Xəbər verdiyimiz kimi, fevralın 4-də Tərtər rayonu Qızıloba kəndi ərazisində rayonun Qaradağlı kənd sakini, 2001-ci il təvəllüdlü Əlizadə Həsənəli Şahin oğlu heyvanları örüş sahəsindən gətirərkən minaya düşüb.

 

Hadisə nəticəsində Həsənəli Əlizadənin sol ayağı topuqdan aşağı amputasiya olunub.

 

Qeyd edək ki, o, Bakı Dövlət Universitetinin məzunudur. O, Polşanın Varşava Dövlət Universitetinə təqaüdlə qəbul alsa da, təhsilini davam etdirməyib.

 

AzEdu.az Təhsil Portalı olaraq Həsənəlinin son vəziyyəti ilə bağlı özüylə əlaqə saxladıq.

 

Müsahibimiz bildirdi ki, bəzi ailəvi və maddi səbəblərdən dolayı təhsilini xaricdə davam etdirə bilməyib:

 

“Bakalavr təhsilini bitirdikdən sonra həqiqi hərbi xidmətə yollandım. 2023-cü ilin iyun ayında xidmətdən qayıtmışam. Xaricdə təhsilimi bir sıra ailəvi səbəblərdən dolayı davam etdirə bilmədim.

 

Magistratura təhsilimi Azərbaycanda almaq üçün bir müddət idi ki, hazırlıq kursuna gedirdim. Bu ayın 11-də magistr imtahanına, 18-də isə BA kateqoriyası üzrə Dövlət Qulluğu imtahanı vermək üçün qeydiyyatdan keçmişdim. Şəhərdə evim olmadığı üçün imtahana rayonda hazırlaşırdım. Yenə də magistraturaya qəbul olmağı istəyirəm, amma hazırkı vəziyyətimə görə necə edəcəyimi bilmirəm”.