Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-19 14:33:00
"Müəllimlərin inkişafında XVI qurultayın böyük rolu olacaq"  

Məlum olduğu kimi, dekabrın 15-16-da Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin növbəti XVI qurultayı keçirildi.

 

Qurultayda iştirak edən təhsil eksperti Kamran Əsədov qurultayla bağlı təəssüratlarını AzEdu.az Təhsil Portalı ilə bölüşüb.

 Açıklama yok.

 

Ekspert qeyd edib ki, Azərbaycan təhsil sistemi ölkədə elə bir sistemdir ki, çox insanı öz ərtafında birləşdirir:

 

“2 milyon insan təhsil prosesinin iştirakçısıdır. Dünyada gedən müasir çağırışlar mütləq şəkildə təhsil ictimaiyyətinə çatdırılmalıdır. Məhz bu qurultayda müasir dövrün çağırışları, həmçinin qarşıda duran məqsədlər, geridə qoyduğumuz 5 ildə görülən işlərin hesabatı da verildi. Məlum oldu ki, pandemiya dövrü təhsil sisteminə ciddi təsir göstərib. Bu təsirin qarşısını almaq üçün panel iclaslarında maraqlı müzakirələr oldu. Hər iki gündə iştirak etdiyim panellərdə ciddi məsələləri də görə bildim. Ən vacib məqamlardan biri də orta ümumtəhsil məktəblərinin idarə edilməsi və şagirdlərin qiymətləndirilməsi ilə bağlı panellərdir”.

 

Həmsöhbətimiz vurğulayıb ki, Azərbaycan təhsili  bir neçə ildir ki, yeni STEAM layihəsinə başlayıb:

 

“STEAM layihəsini digərlərindən fərqləndirən cəhəti odur ki, artıq müasir dövrdə innovativ yeniliklərini tələb edir. Diqqəti çəkən məsələ o idi ki, müəllimlər qurultayda çox aktiv idilər. Azərbaycan müəllimi sözün yaxşı mənasında dəyişib. Ölkənin təhsil sistemi müəllimin bilik və bacarığının səviyyəsindən artıqdır. Yəni ölkənin müəllimi nədirsə, təhsili də odur".

 

K.Əsədov təhsildə inkişaf etdirilməli məqamlara toxunub:

 

“Şagirdlərin qiymətləndirilməsi ilə bağlı təkmilləşməyə ehtiyac var. Təhsil sisteminin  dərslik siyasəti ilə bağlı məsələlər dəyişməlidir. Hesab edirəm ki, bu qurultaydan sonra müəllimlər əldə etdikləri bilikləri öz məktəblərində tətbiq edəcəklər. Tədbirin təşkilatçılığı müsbətdir”, - deyə fikrini yekunlaşdırıb.