Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-19 15:52:00
“İbtidai sinif müəllimləri məktəbəhazırlıq qruplarına dərs keçməməlidir"

Azərbaycanda  2018-2019-cu tədris ilindən etibarən məktəbəhazırlıq qruplarının təşkili prosesinə start verilib. Məktəbəhazırlıq qruplarına 5 yaşı tamam olan uşaqlar qəbul edilir. Hazırlıq qruplarında təhsil alan şagirdlər birinci sinfə qədər müəyyən biliklərə yiyələnirlər.

 

Maraqlıdır, məktəbəhazırlıq qruplarında təhsil alan şagirdlərlə məktəbəhazırlıq qruplarına getmədən 1-ci sinfə qəbul olan şagirdlərin bilik və bacarıqlarında nə kimi fərqlər hiss olunur?

 

Məktəbəqədər təhsil üzrə mütəxəssis Xalidə Musayeva mövzu ilə bağlı AzEdu.az-a açıqlama verib.

 

 Açıklama yok.

Mütəxəssis bildirib ki, məktəbəhazırlıq qrupları məktəbəqədər yerləşmə faizinin artırılması üçün açılıb: “Birdən-birə uşaqların 1-ci sinfə getməsi adaptasiya prosesini uzadır. Məktəbəhazırlıq qruplarında təhsil alan şagirdlər birinci sinifdə lazımi bilik və bacarıqlara sahib olur. Məktəbəhazırlıq qrupları 1 il müddətində uşaqların adaptasiya prosesinə uyğunlaşmalarına yardımçı olur. Nəticədə uşaqlarda müəyyən sosial, kommunikasiya, eləcə də davranış bacarıqları formalaşır". 

 

X.Musayeva qeyd edib ki, uşaqların bağçada olan məktəbəhazırlıq qruplarında təhsil alması daha faydalıdır: “Bağçada gün ərzində daha çox işlə məşğul olunur. Həmin məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar daha aktiv və fərqli şəkildə inkişaf edirlər. Məntiqi olaraq baxsaq, görərik ki, 1,5-2 saat məşğələ müddətində  məktəbə gələn uşaqla, 1 gün ərzində bağçada olan uşağın yiyələndiyi bacarıqlar arasındakı fərqi görə bilərik. Hansı ki, bağçada məktəbəhazırlıq qruplarındakı uşaqlar daha sosial, daha aktiv və bacarıqlı olmaqları ilə seçilirlər”.

 

Məktəblərdəki məktəbəhazırlıq qruplarına 4-cü sinif müəllimlərinin dərs deməsi çatışmayan məqamdır”, - deyə ekspert vurğulayıb: “Məktəbəhazırlıq qruplarına məktəbəqədər təhsil ixtisasına yiyələnmiş müəllimlərin dərs deməyi şagirdlər üçün  daha faydalı olar. İbtidai sinif müəllimləri 5 yaşlı uşaqların psixoloji, pedaqoji vəziyyətlərinə bələd deyil. Bundan əlavə ibtidai sinif müəllimlərinin keçdiyi kurikulumla məktəbəhazırlıq qruplarında tətbiq olunan kurikulum eyni hesab olunmur.  Bu amil isə müəllimlərin işində müəyyən çətinliklər törədir. Çünki 5 yaş xüsusi yaş dövrüdür, onun ayrıca inkişaf tendensiyaları var. Məktəbəqədər kurikulum proqramı daha da təkmilləşdirilməlidir. Təəssüf ki, hələ də məktəbəhazırlıq qruplarının müəllimləri ilə bağlı bir addım atılmayıb. Bundan başqa, məktəbəhazırlıq qruplarında dərs deyən müəllimlərin maaşı az olduğu üçün hər müəllim burada işləməyə razı olmur”.

 

Mütəxəssis məktəbəhazırlıq qruplarındakı çatışmazlıqlara toxunub: “Məktəbəhazırlıq qruplarının təkmilləşdirilməsi üçün əvvəlcə ibtidai sinif müəllimlərinin məktəbəqədər təhsilli müəllimlərlə əvəz edilməsi lazımdır. Məktəbəhazırlıq qrupları üçün istifadə edilən kitablar təkmilləşdirilməlidir. Kitablar oyunəsaslı dərsliklərlə əvəz olunmalıdır. Sadələşməli və standartlara uyğun olmalıdır. Hazırda IB üzərində qurulan kitablardan dərs keçirilir. Bu da bir çox müəllimlər üçün çətinlik yaradır. Sözügedən mövzuda müəllimləri müəyyən təlimlərdən keçirmək lazımdır.

 

Təkmilləşdirilməli məsələlərdən biri də məktəbəhazırlıq siniflərinin qurulmasıdır. Bildiyimiz kimi həmin yaş dövrü uşaqların fiziki sisteminin inkişaf etdiyi dövrdür. Uşaqlar məktəbəhazırlıqda oyun oynayaraq təhsil almalıdır. Müşahidələr onu göstərir ki, otaqların ümumi quruluşu, partaların uşaqların boyu ilə uyğun olmaması onlara bu imkanları verə bilmir”.