Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-17 16:24:00
Məktəblər və universitetlər arasında əlaqələr qurulmalıdır!

Zaman - zaman təhsil ekspertləri və professorlar məktəb və universitet arasında müvafiq mövzularda əlaqələrin qurulmasını təklif edirlər.

 

Belə ki, universitet və orta məktəblər arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, bu işin metodika və metodologiyasının təkmilləşdirilməsi, bütövlükdə təhsilin, xüsusilə də pedaqoji təhsilin keyfiyyətinin yüksəldilməsi üçün birgə səmərəli fəaliyyətə təsir edir.

 

Maraqlıdır, universitet və məktəblər arasında əlaqələrin artırılması təhsilə nə kimi töhfə verə bilər?

 

Sözügedən məsələ ilə bağlı AzEdu.az-a danışan Milli Məclisin deputatı, elmlər doktoru, professor Kamilə Əliyeva qeyd edib ki, ali məktəblərlə orta məktəblərin arasında əlaqənin tərəfdarıdır:

 

“Belə ki, çox vaxt abituriyentlər valideynlərin istəkləri ixtisas üzrə ali məktəbə qəbul olurlar. Lakin onların çoxu universitetlərdə tədris olunan daha yararlı ixtisaslardan xəbərsizdirlər. Ona görə də ali və orta məktəblər arasında əlaqə qurulsa yaxşı olar. Hətta universitet müəllimləri orta məktəbin yuxarı sinif şagirdləri arasında görüş keçirib, hər bir fakültənin ixtisasları haqqında ətraflı məlumat versə, gələcəkdə abituriyentlər öz maraq dairələrinə uyğun ixtisaslara sahib olarlar. Bu onların daha peşəkar kadr olmlarına böyük yardımcı olacaq”.

 

Şagirdlərin universitetlərə ekskursiya göndərilməsini müsbət qarşılayıram. Bu zaman onlar universitetin şəraiti, dərs prosesi yaxud ixtisaslarla əlaqələrin qurulması barəsində məlumatlanırlar”.