Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-25 17:34:00
Türkiyədə hüquq təhsili - Hansı imtahanları verməlisiz?

Hüquq təhsili üçün tələbələrin əksəriyyəti xaricdə seçim variantlarını nəzərdən keçirir. Gənclər adətən Türkiyə, ABŞ və Kanada kimi ölkələrdə hüquq təhsili almağa üstünlük verirlər.

 

Maraqlıdır, bu il Türkiyədə hüquq təhsili almaq üçün şərtlər necədir? 

 

AzEdu.az-a məsələ ilə bağlı xaricdə təhsil üzrə mütəxəssis Emin Səfərov açıqlama verib:

 

“Türkiyədə hüquq təhsili 4 il müddəti əhatə edir. Türkiyənin ən yaxşı universitetlərinə qəbul olmaq üçün SAT (Scholastic Aptitude/Assessment Test) və TR-YÖS  (Yabancı Öğrənci Sınavı) imtahanı tələb olunur. SAT və TR-YÖS imtahanında tələb olunan minimum bal hər universitetə görə dəyişir. Dil sertifikatlarına gəldikdə isə TYS (Türkçe Yeterlik Sınavı) minimum B2, TOEFL (Test of English as a Foreign Language) imtahanından isə minimum 80 bal tələb olunur”.

 

E.Səfərov keçən ildən fərqli olaraq bu il YÖS imtahanının ləğv edildiyini bildirdi:

 

“Türkiyədə ümumi olaraq təhsil almaq üçün SAT, TR-YÖS və Dövlət İmtahan Mərkəzinin (DİM) imtahan nəticələrindən birinə ehtiyac olur. Əgər şəxs ingilis dilində təhsil alırsa və TOEFL imtahan nəticəsi mövcuddursa, təhsili 4 il müddətində davam edəcək.

 

Keçən ildən fərqli olaraq bu il qəbul edilən imtahan nəticələrindən YÖS imtahanı ləğv edildi, sadəcə SAT, mərkəzləşdirilmiş YÖS imtahanı (TRYÖS) və DİM balı ilə müraciətlər ediləcək. Xarici tələbələr üçün müəyyən bir bölgü ayrıldığı üçün tələbələrin hədəfi prestijli universitetlərdə yüksək səviyyədə təhsil almaqdır və onun üçün hər hansı imtahan nəticəsi ilə müraciət ediləcəksə, maksimum bal əldə edilməlidir”.