Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-27 09:53:00
Sabiq deputatdan təklif: “Müəllimlərin əmək haqqı standart olsun!”  

Məlumdur ki, sertifikasiyanın test imtahanlarından 30-50 bal toplayan müəllimlərin maaşı 10 faiz, 51-60 bal toplayanlarınkı isə 35 faiz artımla verilir.

 

Müəllimlərin böyük əksəriyyəti maaşa əlavənin belə hesablanmasını ədalətsiz bölgü hesab edir və artımlarla bağlı müvafiq kataqoriyalar olmasını təklif edirlər.

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən sabiq deputat, təhsil eksperti Sona Əliyevanın fikrincə,  müəllimlərin bu cür kateqoriyalara bölünməsi doğru deyil: 

 

“Müəllimlərin bu cür dəyərləndirilmələrini, maaşların kriteryalara görə müəyyən olunmasını düzgün hesab etmirəm. Bu lap universitet tələbəsinə nailiyyət dərəcəsinə görə təqaüd verməyə oxşayır. Burada konkret bir keçid olmalı idi. Müəyyən bir səviyyə olmalı idi ki, o səviyyənin altındakı müəllimlərin nəticələri qeyri-məqbul sayılsın, səviyyənin üstündə olanlarda isə əməkhaqqı artımı standart olsun. Düşünürəm ki, belə olduqda heç bir ədalətsizliyə yol verilməyəcəkdi. Amma yenə də son qərar Elm və Təhsil Nazirliyi tərəfindən verilir. Biz yalnız öz şəxsi fikrimizi və mövqeyimizi ifadə edə bilərik. Bu isə heç bir qaydaya təsir göstərmir”.