Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-21 16:32:00
“Örnək müəllimlər”in XVI qurultaydan təəssüratları: “Böyük təcrübə oldu”

Ötən gün Azərbaycan müəllimlərin XVI qurultayı keçirildi. Belə ki, iştirak edən qonaqların içərisində “Örnək müəllim”lər də yer alır.

 

AzEdu.az Təhsil Portalı olaraq həmin müəllimlərin qurultayla bağlı təəssüratlarını təqdim edirik.

 

Lənkəran rayonu Gərmətük qəsəbə tam orta məktəbin həm gənc, həm də “Örnək müəllimi”olan  Texnologiya müəllimi Dünya Veysəlova bildirib ki, Azərbaycan müəllimlərinin XVI qurultayında ilk olaraq qurultayın plenar iclası 15 dekabr 2023-cü ildə Azərbaycan Respublikasının Prezidentinin  Qurultay iştirakçılarına təbrik məktubu ilə başladı:

 Açıklama yok.

“Azərbaycan Respublikasının  Elm və Təhsil Naziri Emin Əmrullayev son 5 ildə təhsildə aparılan islahatlar, qarşıda duran vəzifələr, perspektivlər  haqqında geniş  çıxış etdi. Xüsusi vurğulamaq istəyərdim ki, qurultayın təşkilatçılığı çox yüksək səviyyədə, həmçinin qurultayda önə çıxarılan məsələlər həddindən artıq vacib və mühüm məsələlər idi. Hesab edirəm ki, iştirak etdiyim panel müzakirələrində qaldırılan məsələlər təhsilimizin keyfiyyətinin yüksəldilməsinə xidmət edəcəkdir.Pedaqoji fəaliyyətimə təsadüf edən  mötəbər ilk qurultayda iştirak etmək mənim üçün böyük təcrübə oldu. Bir daha "Müəllim" kimi yüksək və şərəfli ad daşıdığıma görə fəxr edirəm!”.

 

80 nömrəli tam orta məktəbin Tarix müəllimi Aytən Sərdarlı qeyd edib ki, 1906-cı ildə ilk dəfə Azərbaycan müəllimlərinin 1-ci qurultayı keçirildi:

 Açıklama yok.

“17 il bundan əvvəl fəaliyyətə başlayan qurultayda Azərbaycan ziyalıları tərəfindən o dövr Azərbaycan ictimaiyyətini narahat edan mühüm məsələləri -Azərbaycan dilində mövcud proqramlar, müvafiq dərsliklərin hazırlanması, təlimin ana dilində aparılması, kənd müəllimlərinin vəziyyətinin yaxşılaşdırılması kimi məsələlər müzakirə edildi. Müstəqil dövlətimizin olmadığı bir zamanda, Çar Rusiyasının əsarəti altında olan xalqımızın ziyalıları xalqın xilasını məhz milli təhsilin qurulmasında, maariflanməsinda, ana dilimizin inkişafında görürdülər”.

 

Həmsəhbətimiz söyləyib ki, Vətən müharibəsindən sonraki dövrə təsadüf edən bu qurultay qalib Azərbaycan müəlliminin təntənəsidir:

 

“Bir əsrdə iki dəfə müstəqillik əldə etmiş müstəqil dövlətini qurmuş bir xalqın əzəmətini kimsə şübhə altına ala bilməz. 2023-cü il dekabrın 15 və 16 -da həyata keçirilən Müəllimlərin XVI qurultayında iştirak edan müəllimlərdən biri də mən idim. Təhsil camiyəsinin həyatında mühüm hadisə olan bu tədbirdə təhsilimizin müasir problemlerinə toxunuldu, ziyalıların fikri öyrənildi. QuruItayda müxtəlif mövzularda panel müzakirələr təşkil edilməsi bir daha göstərdi ki, Elm va Təhsil Nazirliyi Azərbaycan təhsilində olan problemlerden xəbərdardır, ziyalıları bir araya gətirməklə fikir mübadiləsi aparmaq, problemlərin aradan qaldırılması istiqamətində fəaliyyət göstərməyə hazırdır.Vətən müharibəsindən sonraki dövrə təsadüf edən bu qurultay qalib Azərbaycan müəlliminin təntənəsidir.Vətən müharibəsinin iştirakçısı olan müəllimlərimiz bir daha göstərdilər ki, cahiliyi ləğv etdiyimiz kimi, yağı düşməni də məhv etməyə həmişə hazırıq”.