Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-02 10:34:00
“İnsanın özünü uğurlu saymağı mükafatdan da önəmlidir” - Prezident mükafatçısı  

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 2024-cü il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb.

 

Sərəncama əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən 10 nəfərə 2024‑cü il Gənclər üçün Prezident mükafatları veriləcək.

 

Prezident mükafatçılarından biri də Kulis.az ədəbiyyat və mədəniyyət portalının baş redaktoru Ulucay Akifdir.

 

Ulucay Akif AzEdu.az-a təəssüratlarını bölüşüb.

 

“Bu xəbəri eşitdiyim zaman sevindim. Gənclərə tövsiyəm odur ki, gördükləri işdə, seçdikləri sahədə əllərindən gələnin ən yaxşısını etməyə çalışsınlar və bacardıqlarının ən yaxşısını ortaya qoysunlar. Çünki insanın özünü uğurlu sayması mükafatdan da önəmlidir. Kim hansı sahədədirsə, o sahədə özünü daha da inkişaf etdirməlidir. Mən yazıçıyam. İstəyirəm ki, ən yaxşısını yazım. Bacardığım qədər məhsuldar olmağa çalışıram. Yazıdan başqa heç bir işlə məşğul deyiləm”.

 

Qeyd edək ki, Ulucay Akif 2001–2012-ci illərdə E.Əliyev adına 162 saylı tam orta məktəbi bitirib. 2013–2017-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Rus dili bölməsində bakalavriat pilləsi üzrə,  bundan sonra isə 2017–2019-cu illərdə həmin fakültədə "Publisistik Jurnalistika" ixtisası üzrə magistr təhsili alıb.