Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-17 11:00:00
Təhsildə rus dili: “Təlabat getdikcə azalır, gələcəkdə...”

Məlum olduğu kimi, növbəti sertifikasiya imtahanına cəlb olunacaq müəllimlər arasında İngilis dili və Rus dili müəllimləri də var.

 

Elm və Təhsil Nazirliyi verilən statistikaya əsasən imtahan verəcək ingilis dili müəllimləri 12035 nəfər, Rus dili müəllimləri isə 5868 nəfərdir.

 

İngilis dili müəllimlərinin sayı rus dili müəllimlərindən 2 dəfə çox olması belə bir sual ortaya çıxarır. Rus dilinə tələbat getdikcə azalırmı?

 

Məsələ ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Adil Vəliyev qeyd edib ki, rus dilli siniflərə ancaq məktəbə yeni başlayan uşaqların valideynləri müraciət edir:

 Açıklama yok.

“Hazırda ən çox tələb olunan beynəlxalq dil ingilis dilidir. Hər hansı bir dilə və ya fənnə tələbat, tələb və təklif əsasında formalaşır. Bu tələbatı yaradan da valideynlərdir. Buna görə də övladlarını müəyyən dil kurslarına göndərirlər. Rus dilinə olan tələbatın  azalma səbəbi isə beynəlxalq dilin ingilis dili olmasıdır. Düşünsək ki, valideynlər də uşaqlarının xaricdə təhsil almasını istəyir. Artıq yeni nəsil xaric dedikdə Rusiyanı, Ukraynanı düşünmürlər. Daha çox Avropa və Amerika ölkələrininəzərdə tuturlar. Bu isə sözsüz ki, rus dilinə tələbatın azalmasına səbəb olur. Ümumiyyətlə cəmiyyətdə daha çox hansı dilə və fənnə ehtiyac varsa, valideynlər də uşaqlarını o istiqamətə yönləndirirlər. Bir neçə ildən sonra bu proses daha da sürətlənəcək və ingilis dili bölməsini seçən insanların sayı artacaq. Bu da gələcəkdə rus dilinə tələbatın daha da azalmasına gətirib çıxaracaq”.

 

Nigar Nəcəfova