Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-20 14:20:00
“1 şagirdə 64 min xərc israfçılıqdır” - TƏNQİD

Ötən gün sosial şəbəkələrdə Qusar rayonu Çətkün kənd orta məktəbində cəmi 1 şagirdin təhsi alması ilə bağlı məlumatlar yayıldı. Bununla yanaşı həmin məktədə 1 müəllim işləyir. Elm və Təhsil Naziri tərəfindən verilən açıqlamaya əsasən daha 6 məktəbin belə fəaliyyət göstəridiyi məlum oldu.

 

Bu məktəblərin fəaliyyəti ilə bağlı hansı qərarlar verilməlidir?

 

Sözügedən məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil jurnalisti Məzahir Məmmədli bildirib ki, mövzu ilə bağlı Elm və Təhisl Naziri Azərbaycan müəllimlərinin XVI qurultayında çıxışı zamanı həmin məktəbin fəaliyyyəti üçün 64 min manat vəsaitin sərf edildiyini qeyd edib:

 Açıklama yok.

“Bir şagird üçün 64 min manat xərc çəkilməsi doğru deyil. Düşünürəm ki, həmin müəllim və şagirdə əlavə bir nəqliyyat vasitəsi ayırmaqla, yaxın məktəblərdə tədris prosesini daha keyfiyyətli və əlçatan səviyyəyə çatdırmaq olar. Məktəbin tikintisinə ayrılan vəsaitin 1/3 hissəsi belə həmin mikroavtobusun təmin edilməsinə yetərli olardı.  Bu halda həm şagird tədrisdən kənarda qalmaz, həm də 1 şagird üçün məktəbin fəaliyyət göstəməsinə ehtiyac yaranmazdı.

 

Bununla bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru  qeyd etdi ki, növbəti il bu kimi məktəblər birləşdiriləcək. Bu məsələ cəmiyyət tərəfindən də anlaşıqlı qarşılanmalıdır. Məktəblərin birləşdirilməsi həm dövlət büdcəsinə müsbət təsir edəcək, həm də şagirdlərin təhsil aldıqları  mühit onlar üçün daha əlverişli olacaq”.

 

M.Məmmədli qeyd edib ki, şagirdlərin gələcək inkişafı üçün yaşıdları ilə ünsiyyətdə olması çox vacibdir:

 

“Şagirdlərin ümumi sosiallaşması baxımıdan, yəni bir-birindən nələrsə öyrənmələri, tənəffüs zamanı oyunlar, təmas və kommunikasiya onların inkişafına böyük dəstək olur. Ona görə də kiçik məktəblərin birləşdirilməsi strategiyası mühüm əhəmiyyət kəsb edir. Büdcəyə qənaətlə həm məktəblərin abadlaşdırılmasına, həm də aztəminatlı ailələrin uşaqlarının təhsilinə kömək etmək olar”, - deyə fikrini yekunlaşdırıb.