Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-02 09:55:39
Psixoloq: “Valideyn övladından öncə özünü tərbiyə etməlidir”

Ötən gün Gəncədə 11-ci sinif şagirdləri arasında yaranan mübahisə faciə ilə sonlanıb. Hadisəni məktəbin önündə baş verdiyi qeyd edilir.

 

Bu və bu kimi hallar son zamanlar artmağa davam edir. Xüsusilə də oğlan uşaqları arasında anlaşılmazlıqlar get-gedə çoxalır.

 

Bəs, görəsən, bu kimi halların artmasına səbəb nədir? Burada valideynlərin və məktəb müəllimlərinin rolu nədən ibarətdir?

 

Məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən psixoloq Əfsanə Rüstəmova qeyd edib ki, bu hal valideyn üçün çox ağır itkidir:

 

Açıklama yok.

 

“Valideyn olaraq bu mövzu ətrafında danışmaq olduqca çətindir. Hadisənin psixoloji şəklini çəksək, etiraf etməliyik ki, bu dönəmin insanları sürətli informasiya qəbul etdikləri üçün hər şeydən qıcıqlana bilirlər. Yəni məlumatın bolluğu və sürətin dəyişməsi insanların daha tez reaksiya verməsinə gətirib çıxarır. Hadisələrə ani reaksiya verən valideynin böyütdüyü uşaq da bu xüsusiyyətləri özündə daşıyacaq.

 

Sadəcə olaraq burada bir fərq var. Böyüklərin həyat təcrübəsinə əsasən onlar hadisələrə reaksiyaları harada və necə verəcəklərini bilirlər. Məsələn biz biri ilə danışanda sıxılırıqsa, “mən səndən sıxıldım”, “məni bezdirdin” və s. kimi cümlələri dilimizə gətirmirik. Lakin uşaqlarda bu belə deyil. Onlar həmin duyğuları hələ siyasiləşdirə bilməyiblər. Problemdə elə burdan başlayır”.

 

Psixoloq bildirib ki, valideynlər övladlarını tərbiyə etməzdən əvvəl, özlərini tərbiyə etməyi bacarmalıdır:

 

“Hazırda istər sosial şəbəkələrdə, istərsə də mediada müəllimlər və şagirdlər arasında problemlər yaşandığının şahidi oluruq. Düşünürəm ki, hazırda müəllimin şagirdə kobud rəftarı ciddi reaksiya və ya rezonas doğurmur. Bəs ciddi rezonas doğuran nə ola bilər? Buna cinayəti, yeniyetmələr arasında kütləvi və ağır davaları və s. misal çəkmək olar. Təəssüflər olsun ki, hazırda bu periodu yaşayırıq. Görünür valideyn və müəllimlər uşaqları tərbiyə edərkən boşluqlara yol verirlər.

 

Bu kimi halların qarşısını almaq üçün yeganə variant təhsili yaxşı inkişaf etdirməkdir. Əfsuslar olsun ki, indi məktəblərdə vəziyyət düşünüləndən daha pisdir. Ən böyük investisiyalardan biri məhz təhsili yaxşılaşdırmaqdan ibarət olmalıdır”.