Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-16 10:57:00
Təklif: Ev tapşırıqları LƏĞV olunmalıdır !

Xəbər verdiyimiz kimi, orta məktəblərdə bu gündən başlayan payız tətili noyabrdın 21-nə qədər davam edəcək.

 

Bəs tətil zamanı şagirdlər hansı fəaliyyətlərlə məşğul olmalıdır?

 

AzEdu.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi məsələyə münasibət bildirərkən qeyd edib ki, tətil müddətində şagirdlər dərsdən uzaqlaşmalıdır:

 

 

“Məktəbyaşlı uşaqlar bu gündən 21 noyabradək tətilə çıxır. Tətil sözünün anlamını açıqlamaq istəmirəm, amma bildirmək istəyirəm ki, imkan verin uşaqlar tətildən səmərəli istifadə etsinlər. Onlara bir sürü dərs materialını yığıb, yükləmək lazım deyil. Fikrimcə, ev tapşırıqları ya ümumiyyətlə yığışdırılmalı, ya da ayda bir və ya iki dəfə verilməlidir”

 

Ekspert aşağı sinif şagirdlərinin də repetitor yanına getməsini “Acınacaqlı” vəziyyət kimi ifadə edib:

 

Rastlaşdığım ən acınaqlı və utancverici məqamlardan biri 2-ci sinif şagirdinin ev tapşırıqlarının həlli üçün repetitor yanına getməsi idi. Prosesdə bəzi valideynləri günahkar qismində görürəm. Uşaqdan sanki beziblər. Evdə qalmasını istəmirlər. Halbuki, övladının onunla zaman keçirməyə daha çox ehtiyacı var, amma o valideyn sevgisini, nəvazişini evində tapa bilmir”.