Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-01 15:02:51
Vətən savaşı dərsliklərdə: dolğun yazılıbmı? - Reaksiya  

İkinci Qarabağ müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Bu, şanlı tariximiz üçün böyük əhəmiyyət kəsb edir. Bu işdə təhsilimizin üzərinə düşən öhdəliklərdən biri də məlum zəfəri gələcək nəsillərə yüksək səviyyədə çatdırmaq və təlqin etməkdir.

 

Maraqlıdır, bəs ölkəmizin ümumtəhsil müəssisələrində tədris olunan dərsliklərdə bu məsələyə nə dərəcədə yer verilir? 44 günlük Vətən savaşı haqqında şagirdlərə yetəri qədər dolğun informasiya verilirmi?

 

O videonu buna görə özüm yaydım - Fazil Mustafa

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən deputat Fazil Mustafa bildirib ki, məktəb dərsliklərində bu məsələyə olduqca ciddi yanaşmaq lazımdır:

 

“Təbii ki, məktəblərdə tədris olunan bütün dərsliklərdə ikinci Qarabağ müharibəsi ilə bağlı müəyyən imzaların olması, məlumatların yerləşdirilməsi, vacibdir. Çünki bu həm də vətənpərvərliyin, zəfərin təbliğatıdır. Düşünürəm ki, bununla bağlı təkcə tarix dərsliyində deyil, ədəbiyyat fənnində də  yer vermək lazımdır. Tarix dərsliklərində isə ikinci Qarabağ müharibəsini ətraflı şəkildə əks etdirmək üçün mütləq şəkildə əlavələr olmalıdır. Çünki adətən bu dərsliklər müəyyən bir dövr üçün yazılır və yeni tarixə burada geniş şəkildə yer verilmir.

 

Amma vətən müharibəsi elə bir məsələdir ki, hadisəni mütləq şəkildə gələcək nəsillərə geniş təbliğ etmək vacibdir. Bunun üçün ilk növbədə şagirdlər dərsliklərdən lazımi informasiyaları əldə edə bilməlidirlər. Böyük ehtimal bu istiqamətdə də təşəbbüslər var. Düşünürəm ki, dərsliklər yüksək səviyyədə hazırlansa, gələcək nəsillərin yaşanan bu tarixi hadisə ilə bağlı daha geniş məlumatlı olmasını təmin edə bilərik”.