Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-10 22:35:09
Hamı oxuyub Molla Pənah olacaq? - Leyla Camal yazır
Hər kəs oxuyub alim olmalıdır deyə bir qanun yoxdur. Övladlarınızı qonşu Fatmanisə xalanın balaları ilə müqayisə etməkdən əl çəkin. "Xalxın uşağı" baryerini nə vaxt aşacağıq axı? Daha neçə uşaq özünə qəsd etməlidir ki, övladlarımıza möhkəm bağlanaq?
 
İmtahandan az bal toplasa da, kəsilsə də övladlarım mənim üçün ən savadlı və ən ağıllıdırlar deməyi nə vaxt öyrənəcəyik? Səhvlərini də düzləri kimi nə vaxt qəbullanacağıq? Qara torpağa əmanət edəndə? Yoxsa onları depressiyaya çatana kimi qovanda?
 
Hər kəs alim olarsa dərzi, saç ustası, aşpaz, maşın təmirçisi, usta və s kim olacaq bəs? Riyaziyyat dahisi olmaya bilər, bəlkə çox gözəl rəssam olacaq?! Ya da valideynin təkidiylə sevmədiyi sənəti icra etməyə məcbur müəllim olmaqdansa dünyaca məşhur aşpaz olacaq bəlkə?! Niyə öz arzularımızı inadla onlara yeridirik? Niyə onlara layihə kimi baxırıq? Axı onlar da öz seçimi, arzusu və öz şüuru olan bizim kimi insanlardır.
 
Sevin övladlarınızı. Hər halıyla sevin. Doğrusuyla yanlışıyla sevin. Möhkəmcə qucaqlayın, hər an sevginizi göstərin. Sabah çox gec ola bilər.
 
Arxasında valideyn sevgisi olan hər uşaq güclü, məğlubedilməz və sevgidoludur.
 
Leyla Camalzadə