Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-15 13:23:14
Azərbaycanda magistr oxumaq vaxt itkisidir ? - Deputat “yox” deyir  

Magistr təhsili almaq tələbənin ixtisas biliklərinin dərinləşməsində və professionallaşmasında vacibdir. Öz sahələri üzrə inkişaf etmək və mütəxəssis olmaq üçün tələbələrin magistr təhsili alması əsaslı səbəblərdəndir.

 

Müşahidələr əsasında görürük ki, son illər Azərbaycanda magistr səviyyəsi üzrə təhsil almaq üçün xaricə üz tutan tələbələrin sayı artır. Bu statistikanın yüksəlməsi müəyyən fikir ayrılıqları yaradır. Bəziləri isə hesab edirlər ki, ölkəmizdə magistratura təhsili almaq vaxt itkisidir.

 

Bəs bu fikirlər nə dərəcədə doğrudur?

 

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən deputat Kamilə Əliyeva qeyd edib ki, “Magistr təhsili almaq istəyən bakalavrlar üçün şərait yoxdur", "Bu təhsil ölkəmizdə aşağı səviyyədədir” deyən insanlarla heç də razı deyil:

 

“Bir təhsil işçisi və magistraturada müyyən dərsləri tədris edən müəllim kimi deyə bilərəm ki,  müxtəlif ali məktəblərimizdə magistr səviyyəsi üzrə təhsil alan tələbələrə çox yüksək keyfiyyətdə dərslər keçirilir. Demək olar ki, hər il magistratura təhsili üzrə plan yerləri dolur. Həmçinin,  aşağı bal topladığına görə qəbul olunmayan xeyli tələbə mövcuddur. Birmənalı şəkildə deyirəm ki, Azərbaycanda magistratura təhsili qəneedici səviyyədədir. Xüsusilə də , Elm və Təhsil Nazirliyi formalaşandan sonra bu istiqamətdə çox irəliləyişlər oldu. Bizim magistrların gələcəkdə elmi işlərini daha keyfiyyətli şəkildə aparılması üçün onlara prespektivlər yaranıb. Onlar da bundan bəhrələnə bilirlər”.

 

 Deputat Kamilə Əliyeva: “İstərdim ki, Dünya Çempionu Argentina olsun…”  Pravda.az

 

Deputat vurğulayıb ki, magistr təhsili almaq üçün xarici ölklərə üz tutan vətəndaşlarımızı da dəstəkləyir:

 

“Xaricə gedənlər elmin daha dərinliklərini araşdırıb, yeni biliklər qazanırlar.Təhsillərini başa vurduqdan sonra da  ölkəmizə qayıdıb, qazandıqları bilikləri vətənimizdə tədbiq edib, fəaliyyətlərini davam etdirirlər. Bu tək Azərbaycanda deyil, bütün dünyada təbii bir prosedir. Digər xarici dövlətlərdən təhsil almaq üçün Azərbaycana gələnlərin sayı heç də az deyil. Başqa ölkələrdən Azərbaycana gəlib təhsil alanları da, xaricə gedən vətəndaşlarımızı da alqışlayıram”.